BAKU.WS 16 noyabr tarixinin qoroskopunu təqdim edir:

Qoç - qüvvə və resurslarınızı qoruyun. Emosional və maddi baxımdan itkilərə imkan verməyin. Yaxın ətrafınızdakı insanlar üçün ildırımötürən olmayın. Məsuliyyətli, mühüm görüş və ya işdə rəhbərliklə danışıqlar zamanı deyil. Sizi tələsik, təcili qərar qəbul etməyə vadar etmək istəyirlərsə, başqasının təsiri altına düşməyin. Günün ikinci yarısında təmkinli davranın.

Buğa - ikiüzlü, məkrli insanlardan uzaq durun. Onların şayiələrinə, dedi-qodularına inanmayın. Mübahisə etməyin, haqlı olduğunuzu hər vəchlə sübuta yetirməyə can atmayın. İşgüzar tərəfdaşlarla münasibətlərə yenidən baxın. Həmkarlarla əlaqələri yeniləyə bilərsiniz. Günün ikinci yarısı anlaşma və sövdələşmə, habelə müqavilələrin imzalanması üçün münasibdir.

Əkizlər - yaxın gələcəklə bağlı planlarda dəqiqləşdirmələr aparın. Zəruri informasiyanı arayın. Sizi narahat edən suallara cavab tapın. Çətin işə başlamaqdan qorxmayın. Qüvvənizə güvənin. Diqqətlə və inadla işləsəniz, ən mürəkkəb məsələləri həll edə bilərsiniz. Günün ikinci yarısında paltar almayın. Şəxsi münasibətlərdə harmoniya və sakitliyi qoruyun.

Xərçəng - münaqişəli situasiyalar yaransa da, onları tezliklə çözə bilərlər. Yeni layihəyə başlamaq üçün münasib zamandır. İşdə mövqeyinizi rəhbərliyin nəzərinə çatdırın. İdeyalarınızı tərəfdaşlarınız və müttəfiqləriniz bəyənəcəklər. Riskli əməliyyat belə, gəlir verəcək. Günün ikinci yarısında rəqiblərin itkilərindən faydalanın. Quraşdırma, inşaat sahəsində çalışanlar irəliləyişə bel bağlaya bilərlər.

Şir - aktiv həyatdan imtina edərək tənha qalmağa çalışmayın. Dürüst qərar qəbul edin, aramla davranın. Düşünülməmiş qərarlar və tələsik deyilmiş sözlər ciddi fəsadlar yarada bilər. Günün ikinci yarısında yaşam enerjinizin səviyyəsi aşağı düşəcək. Uzunmüddətli səfər və ya gəzintilərə çox vaxt ayırmayın. Şübhəli, avantürist addımlar atmayın.

Qız - bir çox işləri uğurla başa vurmaq üçün münasib zamandır. Situasiya əlverişlidir. Problemləri qeyri-adi, orijinal yolla həll etməyə çalışın. Peşəkar fəaliyyət müstəvisində maraqlarınızı emosiyalarınıza qurban verməyin. Maliyyə əməliyyatları və alış-verişdə sayıq davranın. Yaxınlarınız sizi dəstəkləyəcəklər.

Tərəzi - nikbinlik bu gün bir çox işlərinizdə karınıza gələ bilər. Fəqət günün sonunadək aktiv tempdə çalışmaq mümkün deyil. Həddən artıq yorulmamaq üçün fəaliyyət intensivliyini tənzimləyin. Mürəkkəb məsələləri həll etmək məcburiyyəti yaranıbsa, aramla çalışın. Günün ikinci yarısında risk etməyin, düşünülməmiş addımlar atmayın.

Əqrəb - planların reallaşdırılması üçün uğurlu gündür. İşlərinizin alınması üçün tərəfdaş və ya müttəfiqlərin məsləhətlərindən yararana bilərsiniz. Uğurlarınız sizə indiyədək soyuq münasibət bəsləmiş insanla təmasları normallaşdırmağa imkan verəcək. Yeni layihəyə başlamaq, sifariş qəbul etmək olar.

Oxatan - istənilən dəyişikliklərdə fayda var. İş yerini, fəaliyyət sahəsini dəyişmək, köçmək olar. Stilinizi və ya imicinizi dəyişməyə cəhd göstərin. Sevdiyiniz insanla münasibətlərdə rutinlik hiss edirsinizsə, yeniliklər zamanıdır. Keçmişə qapılmayın. Gərəksiz əlaqələrdən imtina edin.

Oğlaq - işlərdəki qəfil dəyişikliklər sizi çaşdırmamalıdır. Axına qarşı hərəkət etməyin. Diqqəti rutin və ənənəvi işlərin yerinə yetirilməsinə yönəldin. Belədə tədricən ağır problemləri də çözə bilərsiniz. Mühüm anlaşmaların müzakirəsi, anlaşmaların imzalanması və yeni sifarişlərin qəbulu üçün münasib zaman deyil.

Dolça - günün ilk yarısı uzunmüddətli səfərlər və ezamiyyət üçün əlverişli deyil. Kimisə aldatmağa cəhd göstərməyin. Hiyləniz üzə çıxacaq, utanacaqsınız. Peşəkar fəaliyyət sahəsindəki mövqelərinizi qoruyun. Risklərə yol verməyin. Günün ikinci yarısında tanışlarla, qonşularla kiçik anlaşılmazlıqlar ola bilər.

Balıqlar - idealist davranıb mənasız və səbəbsiz xeyriyyəçilik etsəniz belə, yardıma ehtiyacı olana kömək gözəldir. Peşəkar fəaliyyət sahəsindəki çətinliklərin orijinal həllini tapın. Sürpriz, qəfil xəbər istisna deyil. Günün ikinci yarısında alış-verişdə yalnız ehtiyac duyduğunuz əşyaları alın.

BAKU.WS