BAKU.WS günün - 17 avqust tarixinin qoroskopunu təqdim edir:

Qoç - Hormoniya və uğur vəd edən gündür. Hətta sizə rəğbət bəsləməyən insanlarla dil tapa biləcəksiniz. Yaradıcılıq fəaliyyəti ilə məşğulsunuzsa, irəliləyiş olacaq. Ailənin bütün üzvləri ilə bağlı planların müzakirəsi və həyata keçirilməsi üçün yaxşı zamandır.

Buğa - Ehtiyatlı və sayıq olun. İintriqanın qurbanına çevrilə bilərsiniz. Ən yaxın bildiyiniz insanlar sizi çətinliklə anlayacaq. Onları başa düşməyə çalışın. Yaranan problemləri ürəyinizə salmayın. Bu gün yaşadıqlarınız sizə həyat təcrübəsi qazandıracaq.

Əkizlər - Gərgin gündür, əhvalınızın pisləşməsini istəmirsizsə, bu gün aktivlik nümayiş etdirməyin. Onsuzds özünüzü yorğun hiss edirsiz, enerjinizin tükəndiyini düşünürsüz. Günün ikinci yarısında əhvalınızı yaxşılaşdırmaq üçün bütün mümkün vasitələrdən istifadə edin. Səhhətinizə fikir verin.

Xərçəng - Gün uğurlu başlanacaq. Tənbəl olmayın. Bütün diqqətinizi karyera və işgüzar fəaliyyətinizə yönəltsəniz, qarşınızda yeni qapılar açılacaq. Faydalı tanışlıqlar yaratmaq, mövqelərinizi möhkəmləndirmək yaranacaq. Yeni tanışlarla ünsiyyət sizdə pozitiv əhval-ruhiyyə yaradacaq.

Şir - Günün ilk yarısı uğurlu olacaq. Planlarınızı reallaşdırın, başladığınız işləri başa vurun. Vaxtınızı hədər yerə sərf etməyin, çünki saatlar keçdikcə mənfi təmayüllərin təsiri güclənəcək. Enerji resurslarınız isə tükənməyə başlayır. Axşam saatlarını istirahətə həsr edin.

Qız - Günün ilk yarısı uğursuz olacaq. Yaxın insanlarla problemlər yaranacaq. Sərt və aqressiv davranmayın. Maliyyə çətinlikləri, planlaşdırılmamış xərclər istsina deyil. Yaxın ətrafınızdakı insanların əməllərinə görə məsuliyyəti boynunuza götürməyin. Ailə üzvlərinizin problemlərini həll edin.

Tərəzi - Ümidsiz gün deyil. Xoşagəlməz, arzuolunmaz vəziyyətlər yaransa da, hər şey uğurla nətilənəcək. Şübhəli biznes layihələrə qatılmaq, pul yatırmaq məsləhət deyil. Planlaşdırılmamış gəlir istisna deyil. Əldə etdiyiniz pulu israf etməyin. İntuisiyanıza güvənin.

Əqrəb - Məhsuldar gündür. Qətiyyət və əzm olmadan ciddi uğur əldə etməyəcəksiniz. İlkin işgüzar danışıqlar aparmaq, iş yerinin dəyişdirilməsi ilə bağlı məsələləri müzakirə etmək olar. Qərar verməyə tələsməyin. Şəxsi həyatınızda dəyişikliklərə səbəb ola biləcək məlumat alacaqsınız.

Oxatan - Çətin gün təəssüratı bağışlasa da, bütün hallarda qalibsiniz. Qələbəyə özünüz də təəccüblənəcəksiniz. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün maksimum səy göstərin. İşdə və evdə münaqişə istisna deyil. Problemin ciddiləşməsinə imkan verməyin, səmimi və soyuqqanlı olun.

Oğlaq - Peşəkar müstəvidə gözlənilməz təkliflər alacaqsınız. İş yerinizi dəyişmək barədə düşünə bilərsiniz. Daha perspektivli, yüksək maaşlı iş axtarırsız. İdeya və fikirlərinizi reallaşdırmaq istəyirsizsə, cəsarətli olun. Şəxsi münasibətlərdə təşəbbüskarlığı əlinizə alsanız,
münasibətləri yaxşılığa doğru dəyişə bilərsiniz.

Dolça - Gün uğurlu alınacaq. İşgüzar danışıqlar məhsuldar olacaq. Nüfuzlu bir insan sizin bir sıra prolemlərinizi həll edəcək. Şəxsi münasibətlər baxımından da əlverişli zamandır. Bunda istifadə edib, keçmişdə buraxdığınız səhvləri düzəldin, münasibətləri yaxşılaşdırın.

Balıqlar - Gün gözlədiyinizdən də uğurlu olacaq. Güvənmədiyiniz işlərdə uğur əldə edəcəksiz. İşdə yaranan fikir ayrılıqlarını aradan qaldıracaqsız. Peşəkar mövqeyinizi möhkəmləndirəcəksiz. Gəlirlər, gəlir mənbələri arta bilər. Bədxərclik etməsəniz, alış-veriş üçün əlverişli gündür.

BAKU.WS