SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Aparıcı Xoşqədəm Hidayətqızı "Günəşli” yatağında baş verən yanğından xilas olunan neftçiləri ziyarət edib.

BAKU.WS məlumat verir ki, aparıcı xəstəxana ziyarəti ilə bağlı təəssüratlarını şəxsi İnstaqram hesabında bölüşüb:

"Xəstəxanadan gəldim. 6 ildir ki, insan talelərini araşdırıram. Çəkdim və hər dəfə də qəlbimdən bir tel qırıldığını hiss etdim. Saatlarla ölüm və yaşam arasında qalan bu insanları dinləyərkən möcüzənin bir daha şahidi oldum. İtkin düşən digər qardaşlarımızla bağlı danışılan xoş xatirələr isə qəlbimi paramparça etdi. Əvvəllər qəlbimin bir teli qopurdusa, indi sanki ürəyim dayanıb. Yaxınlarınızı sevin, əllərindən möhkəmcə yapışın. Unutmayın, yatıb oyanmamaq, oyanıb tapmamq var”.
 
BAKU.WS