VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


BAKU.WS istirahət gününün - 29 iyul tarixinin qoroskopunu təqdim edir:

Qoç - Daxili enerjiniz artacaq. Bir çox problemləri həll edə biləcəksiz. Təcrübəli, bilikli insanların məsləhətlərindən yararlanın. Maraqlı həmsöhbətlə qarşılaşacaqsınız. Günün ikinci yarısında mövcud çətinliklərin aradan qaldırılması üçün alternativ yollar arayın. Axşam saatları romantik ünsiyyət üçün əlverişlidir.

Buğa - Stereotiplərdən uzaq həyatınızı yaşayın. Yeni imkanlara doğru qorxu, xof və təlaş olmadan addımlayın. İmicin yenilənməsi şəxsiyyətinizin daha uğurlu izharına imkan verəcək. Əzmkar olun. Fəaliyyət sahəsini dəyişə bilərsiniz. Macəra arayın. Bir sözlə, həyatınızı bacardığınız qədər maraqlı edin!

Əkizlər - Qarışıq gündür. Qəfil sonuclar və gözlənilməz nəticələr sizi çaşdırmasın, ruhdan salmasın. Bədbinləşməyin, süstləşməyin. Günün ikinci yarısında mövqelərinizi bir daha yoxlayın. Planlarınızı təftiş edin. Şəxsi münasibətlərdə harmoniya yaradın. Sevdiyiniz insanla təmaslarda qarşılıqlı anlaşma, sayğı və məhəbbət ən önəmli nüanslardır.

Xərçəng - Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün nəzərdə tutduğunuzdan daha artıq qüvvə və resurs sərf etməyə hazırlaşın. Tərəqqi, inkişaf istəyirsinizsə, diqqətli davranın. Detallara fikir verin. Maliyyə baxımından vəziyyət pis deyil. Axşam saatlarında yaxın ətrafınızdakı insanlarla fikir ayrılıqlarını təmkinlə aradan qaldırın.

Şir - Pozitiv gündür. Münasibətlərdə ən yaxşı keyfiyyətlərinizi, üstünlüklərinizi nümayiş etdirin. Xarici görkəminizə fikir verin. Günün ikinci yarısında alış-verişdə trivial olmayan nəsnə, məhsul ala bilərsiniz. Parlaq, statuslu imic qazanın. Axşam saatlarında stressdən qurtulmaq üçün sınanmış vasitələrdən istifadə edin.

Qız - Stresli gün olmasını istəmirsizsə, yaramaz, yaltaq, qorxaq, hiyləgər insanlarla ünsiyyətə qətiyyən yol verməyin. Günün ikinci yarısında ilk baxışdan müşkül təsir bağışlayan problemin həllinə yaradıcı yanaşın. Vərdiş etdiyiniz metodları hələlik unudun, yeni yollar arayın. Axşam saatlarını sevdiyiniz insana həsr edin.

Tərəzi - Özünüzə qapılmayın, tərki-dünya insan təsiri bağışlamayın. Arzuladığınız əşyanı almağa, xəyallarınızdakı məqsədə çatmağa çalışın. Siz kimsədən zəif və ya əskik deyilsiniz. Günün ikinci yarısında bədgüman davranmayın. Rəqabətin sərtləşməsi sizdən təcrübə və bilikərin artırılması, informasiya bazasının genişləndirilməsini tələb edir. 

Əqrəb - Ruhdan düşməyin, bütün çətinliklər müvəqqətidir. Ruhdan düşməyin. Günün ikinci yarısında məqsədə aparan yoldan sapmayın. Hər məsləhətə qulaq asmayın. Sayıq olun, təklifləri real dəyərləndirin. İşləməklə yanaşı, prosesdən məmnun qalın. Köhnə dostlardan və ya tanışlardan birinin qayğıya, diqqətə ehtiyacı var. 

Oxatan - Cəsarətli olun, dürüst taktika seçin. Günün ikinci yarısında yaxın gələcəklə bağlı strategiyanı müəyyənləşdirin. Riskin səviyyəsini artırmayın. Təcrübəli və bilikli olmadığınız sahələrdə də uğur əldə edə bilərsiniz. Yaradıcılıq təşəbbüsləri üçün yaxşı zamandır. Axşam saatlarında normal istirahət edin.

Oğlaq - Gün müsbət emosiyalar və hisslər bəxş edəcək. Tapşırıqlar və sifarişlərin öhdəsindən gəlmək üçün yaxşı əhval, nikbinlik xüsusi əhəmiyyət kəsb edir. Axşam saatları sevdiyiniz insanlarla mehriban ünsiyyət vəd edir. 

Dolça - Şansları dəyərləndirin. Sayıq olun, ən müxtəlif variantları nəzərdən keçirin. Mübahisəli məqamlarda obyektiv olmağa çalışın. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla səmimi, qayğıkeş olun. Məsləhətləri qulaqardına vurmayın.

Balıqlar - Risk və avantüralar üçün yaxşı gündür. Qətiyyətli, iradəli olun. Məqsəd və istəkləriniz barədə açıq danışın. Günün ikinci yarısında hədəfə doğru sürətlə irəliləyin. Belə taktika peşəkar fəaliyyətlə yanaşı, şəxsi münasibətlərdə də effektiv olacaq. Dincəlin, bahalı istirahət komfortdur, amma bədxərclik etməyin.

BAKU.WS