SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bu aydan başlayaraq Bakı metropolitenində canlı musiqi səsləndiriləcək.


Bu barədə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, dahi bəstəkar Üzeyir Hacıbəyovun 130 illik yubleyi münasibətilə bu ayının sonuna qədər həftənin müəyyən günlərində canlı musiqi ifa olunacaq.

Azərbaycan Milli Konservatoriyasının tələbələri metronun "İçərişəhər” və "28 may” stansiyalarında dahi bəstəkar Üzeyir Hacıbəyovun əsərlərindən ifa edəcəklər.

Ziya Səccad
BAKU.WS