SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gecə Türkiyədə maraqlı hadisə qeydə alınıb.

BAKU.WS
İHA-ya istinadən xəbər verir ki, hadisə Taksimdə qeydə alınıb.

Bayram axşamı otellərin birindən küçəyə pul səpməyə başlayıblar. Oteldə qalan qonaqlardan biri pəncərəni açıb və küçəyə Çin pulu (Çin Yuan) atmağa başlayıb.

Bunu görən insanlar otelin qarşısına toplaşaraq yerə tökülən pulu toplamağa başlayıblar. Nəticədə həmin küçədə basabas yaranıb. Yoldan keçən avtomobillər dayanıb və sürücülər də maşından düşərək pul yığmağa başlayıb. Qısa zamanda ərazidə izdiham yaşanıb.

Hadisəyə polis müdaxilə etməyə məcbur edib. Polislər pul atılan mərtəbəyə qalxıblar və məsələyə müdaxilə ediblər.

Hadisə ətrafda olan insanlardan birinin telefonu ilə çəkilib. Həmin görüntülər sosial şəbəkələrdə yayılıb və böyük müzakirələrə səbəb olub.

Hələlik küçəyə pul səpən şəxsin kimliyi məlum deyil.

BAKU.WS