Rusiyada küçələrdən pul dolu konvertlər tapılır - Gizli xeyriyyəçi
Rusiyada naməlum şəxs küçələrə içərisində pul banknotları olan konvertlər tullayıb.
BAKU.WS "Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə ötən bazar günü Maqnitoqorsk şəhərində qeydə alınıb. Bu barədə məlumatı sosial şəbəkə istifadəçiləri paylaşıblar.
Yerli mətbuatın yazdığına görə, Artem adlı kişi 50 rubldan 5 min rubla qədər, eyni zamanda dollarlarla olan pul banknotlarını şəhərə səpələyib. Həmin şəxs ümumilikdə 50 milyon rublu xeyriyyə məqsədilə küçəyə səpdiyini deyib. Onun sözlərinə görə, məqsədi insanlara xoş emosiyalar bəxş etmək olub. Belə ki, o qədər də kiçik olmayan vəzifəsi var və pulu ona yetər.
Sosial şəbəkə istifadəçilərindən biri "Maqnitaqorskda naməlum xeyriyyəçi pulla dolu konvert tullayıb. Mən artıq konvertin birini tapdım” deyə yazıb.
Lakin bir çox istifadəçilər baş verənlərə inanmayıb, bunun yerli şirkətlərdən birinin promo aksiyası olduğunu düşünüblər.
BAKU.WS
Oxşar xəbərlər
Rusiyada varlı qocaların pensiyası kəsiləcək
Rusiyada Maliyyə Nazirliyi illik gəliri 500 min rublu (ayda təqribən 800 dollar) keçən pensiyaçıların pensiyasını kəsməyi təklif edib. Virtualaz.org xəbər veri...