SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycanın ilk müstəqil telekanalının, ANS-in ad günüdür.


BAKU.WS-in məlumatına görə, 1990-cu ildə 3 nəfər gənc jurnalist - Vahid və Seyfulla Mustafayev qardaşları və Mirşahin Ağayev tərəfindən Azərbaycanda ilk müstəqil televiziya şirkəti kimi ANS yaradılıb. İlk reportajları cəbhə xəttində baş verənlər olub. ANS-ə ən çox məşhurluq gətirən isə Qarabağ müharibəsi zamanı cəbhə xəttindən hazırladıqları reportajlar və Milli Qəhrəman Çingiz Mustafayevin Xocalı faciəsindən çəkdiyi tarixi kadrlar olub.

ANS Şirkətlər Qrupuna hazırda "ANS televiziya", "ANS Kommers" və "ANS ÇM radio" daxildir. Qrupun prezidenti Vahid Mustavayevdir.


Biz də BAKU.WS ailəsi adından ANS kollektivini təbrik edirik!

 

Ziya Səccad
BAKU.WS