VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Məşhur azərbaycanlı müğənni Emin Ağalarov Azərbaycan prezidenti İlham Əliyevin qızı Leyla Əliyeva ilə boşanmasından sonrakı həyatı barədə danışıb.
 
BAKU.WS-in məlumatına görə, azərbaycanlı milyarder Araz Ağalarovun oğlu keçmiş həyat yoldaşı ilə hələ də əlaqə saxladığını bildirib. Eminin sözlərinə görə, onun üçün onların uşaqları həyatda ən vacib məsələdir: "Biz boşandıq, amma bu o demək deyil ki, biz Leylayla yad olduq. Bizim əvvəlki kimi çox gözəl münasibətlərimiz var. Heç vaxt bu münasibət korlanmayıb. İlk növbədə, biz valideynlər üçün Əli və Mikailin həyataı birinci yerdə dayanır. Rəsmi olaraq biz boşanmışıq, amma indiki vəziyyətdə Leylayla, uşaqlarla, nənələrlə və babalarla birlikdə böyük bir ailəyik".

Bundan başqa, müğənni Leylanın övladlığa götürdüyü və ona doğma qızı qədər yaxın olan Əminə haqqında da danışıb: "Əminə yaş yarımlıqdır. O, Leyla üçün, babalar və nənələr üçün, mənim yeddiyaşlı oğullarım üçün və mənim üçün də böyük xoşbəxtlikdir. Evdə balaca uşaq — bu çox gözəldir. O, çox dəcəldir. Mənim oğullarımı qovur, onların oyuncaqlarını qırır və oğlanlarım Əminənin öhdəsindən gələ bilmirlər, incitməyə qorxurlar. Böyüklər onu müdafiə edirlər. Əli və Mikayıl isə buna görə bəzən küsür: "Ata, Əminə bütün bizim oyuncaqlarımızı sındırdı. Onun üçün ayıb deyil?!", - deyə uşaqlar mənə deyir. Mən o zaman uşaqlara izah edirəm: "Nə vaxt ki, siz kiçik idiniz, bütün mənim oyuncaqlarımı qırırdınız. Amma mən sizə qışqırmırdım, dözürdüm. Siz anlamalısınız ki, o kiçikdir", - deyə Emin söyləyir. 

İşlərinin çox olmasına baxmayaraq Emin mümkün qədər uşaqlarla çox vaxt keçirmək üçün hər şeyi edir: "Mən hər yeddi-on gündən bir Bakıda oluram. Gələn həftə oğullarım Moskvaya gələcəklər. Əminə isə çox balacadır və indi ona təyyarə səfərləri olmaz. Bir az böyüməlidir və onda Əli və Mikayıl birlikdə mənim yanıma Moskvaya gələcək. Oğullarımı mən özümlə işə, məşqlərə və görüşlərə götürürəm ki, onlar hər zaman mənim yanımda olsunlar", -deyə Emin əlavə edib.
 
BAKU.WS