VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün "Azəri-Press" Agentliyinin (APA) fəaliyyətə başlamasından 11 il ötür.


BAKU.WS
-in məlumatına görə, agentlik 2004-cü il noyabrın 16-dan fəaliyyətə başlayıb.

Agentlik Azərbaycan, rus, ingilis, ərəb və fransız dillərində xəbər xidməti göstərir. Xəbər xidməti xüsusi bülletenlər və "on-line” sistemi ilə həyata keçirilir. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır.

Agentliyin www.apa.az ünvanlı internet saytı fəaliyyət göstərir.

APA-nın Azərbaycanın bütün bölgələrində, həmçinin Türkiyə, Rusiya, Gürcüstan, Mərkəzi Asiya, Fransa və ABŞ-da ofisləri fəaliyyət göstərir. İndiyədək bir çox ölkənin dövlət və hökumət başçıları, nazirlər, BMT-nin strukturuna daxil olan beynəlxalq təşkilatların rəhbərləri APA-ya eksklüziv müsahibələr veriblər. Agentliyin Avropa Şurasında ofisi fəaliyyət göstərir.

Agentlik 2012-ci ildən etibarən "APA Holdinq” MMC-nin tərkibində fəaliyyət göstərir.

BAKU.WS ailəsi adından həmkralarımızı təbrik edirik!

Ziya Səccad
BAKU.WS