VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 
Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıtda "SOCAR Polymer” layihəsi çərçivəsində inşa ediləcək yüksək sıxlıqlı polietilen zavodunun təməlqoyma mərasimində iştirak edib.
 

BAKU.WS-in məlumatına görə, SOCAR-ın prezidenti Rövnəq Abdullayev dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verdi.

Burada inşa edilmiş inzibati binada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyata keçirdikləri neft siyasətindən, həmçinin ölkəmizin neft tarixindən bəhs edən fotolar sərgilənir.

Azərbaycan Prezidenti gələcəkdə müəssisədə inşa ediləcək məhsullara baxdı.

"SOCAR Polymer” layihəsi son 40 ildə öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk layihədir. Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək üçün 2013-cü ildə təsis edilən "SOCAR Polymer” şirkətinin polipropilen və yüksək sıxlıqlı polietilen qurğuları Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunur. Şirkətin iki qurğusu hər il 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen istehsal edəcək. Bu qurğular 2018-ci ildə istismara veriləcək. Hazırda ölkəmiz aşağı sıxlıqlı polietilen ixrac, eyni zamanda, yüksək sıxlıqlı polietileni isə idxal edir. Layihənin əsas məqsədi idxalın əvəz olunması və ölkənin ixrac potensialının artırılmasıdır. İstehsal ediləcək məhsulların 30 faizi yerli bazara, 70 faizi isə Türkiyə və Avropa bazarlarına çıxarılacaq.

Prezident İlham Əliyev yüksək sıxlıqlı polietilen zavodunun təməlini qoydu.

"SOCAR Polymer” şirkətinin məqsədi peşəkar mütəxəssislərdən ibarət işçi heyəti yaratmaqdır. Bu isə həmin işçilərin növbəti mərhələdə ölkədə böyük layihələrin icrasına cəlb olunmasına geniş imkanlar açır. Layihəyə ixtisaslı mütəxəssislərin cəlb edilməsi ilə yanaşı, tələbələrin də zavodlarda təcrübə qazanmalarına imkan yaradacaq. Bu layihənin icrası Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verəcək, çoxlu sayda yeni iş yerinin açılmasına gətirib çıxaracaq. "SOCAR Polymer” şirkəti layihənin ətraf mühit komponentinə də xüsusi əhəmiyyət verir.

Dövlətimizin başçısı layihə üzrə işlərin yüksək keyfiyyətlə görülməsinə dair tapşırıq və tövsiyələrini verdi.
 
BAKU.WS