SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Bir dəfəyə pivə bakalı ilə dolu arağı içən, sosial medianın son günlər ən çox müzakirə etdiyi Cəfər Abbasov metbuat.az-ln suallarını cavablandırıb.

BAKU.WS sözügedən müsahibəni təqdim edir:

- Nə qədər pula görə mərcə girdiniz?

-İçkini pula görə içməmişəm. O pula görə dəymir daxili orqanlarını yandırmaq. Dostlar arasında mərc etdik və qalib gəldim.

- Bu hərəkəti birinci dəfə edirsiniz?

-Bəli, birinci dəfə idi.

- Sonradan sağlamlığınızda hansısa bir problem yarandı?

-Xeyr.

- Bəs, həmin anda sağlamlığınız haqqda düşünmədiniz?

-Xeyir, o barədə heç vaxt qorxum olmayıb.

- Bu hərəkətinizin gənclərə pis nümunə kimi göstəriləcəyindən narahatlıq hissi keçirmirsiniz?

-Əlbəttə ki, doğru deyil. Yəni, mən heç videonun yayılmağını da istəmirdim. Sadəcə olaraq, bu, dostlar arasında olan bir şey idi. Onlar videonu çəkib, məndən xəbərsiz paylaşıblar. Mən bunu özümə fəxr saymıram.

- Videoda içkini içməzdən öncə "Ya Allah” deyirsiniz. Sizin bu hərəkətiniz sərt şəkildə tənqid edildi...

-Allahın adı ilə pis iş görmməmişəm. Xeyirlə şər dostdur. Mən hər dəfə yola çıxanda "Ya Allah” deyirəm. Özüm Bakı-Qazax istiqaməti üzrə taksi işlədirəm.

- Bundan sonra bu cür mərcləri təkrarlayacaqsınız?

-Yox, yox...

- Kiminsə bu hərəkəti etməsini tövsiyyə edirsiniz?

- Xeyir. Mən bu hərəkəti etməyi heç kimə tövsiyyə etmirəm.