Bacısının əri ilə qaçan qız: "Məni də başa düşün də..."

Sentyabrın 23-də bacısının ərinə qoşulub qaçan 14 yaşlı Cəlilabad sakini Gülbahar Məmmədova (ad şərtidir) atasının razılığı ilə ölkə.az-ın suallarını cavablandırıb.
BAKU.WS müsahibəni təqdim edir:
- Gülbahar, neçə gündür evinizdəsiniz?
- Evimizə getməmişəm, üç gündür əmimgildə qalıram.
- Bir yerdə oxudum, demisiniz ki, Ələmdarla (bacısının yoldaşı) getməyimə görə peşman deyiləm. Bu doğrudur?
- Bəli, belə bir söz demişəm.
- Yenə fikrinizdə qalırsınız?
- Bəli, bəli.
- Bəs niyə rayona qayıdıb polis şöbəsinə gəldiniz?
- Gördüm ki, hər şey bambaşqa olur, ona görə evimə qayıtmaq istədim.
- Yəni?
- Düşündüm ki, anamın, atamın qatili olaram da. Onların ürəyi partlayar, ölüb eləyərlər, bu, mənimçün çox pis olar.
- Ələmdarla münasibətləri bərpa etməyi düşünürsünüz, yoxsa bu məsələ bitdi?
- Xeyr, xeyr.
- Yəni bağlanmadı?
- Xeyr.
- Bacınızı-Ələmdarın həyat yoldaşını görmüsünüz?
- Görməmişəm.
- Bacınızdan üzrxahlıq edəcəksiniz?
- Hələ ki başqa biriylə danışacaq durumda deyiləm. Çox əsəbi olmuşam.
- Ələmdar səni vururdu, döyürdü?
- Döymürdü.
- Nə vaxtdan bir-birinizi görmürsünüz?
- Üç gündür gəlmişəm, görməmişəm.
- Telefon əlaqəniz var?
- Telefon əlaqəm yoxdur.
- Ailəniz Ələmdarın həbsini istəyir. Siz də istərdiniz?
- İstəməzdim.
- Bağışlanılmasını və sizinlə ailə qurmasını istəyərsiniz?
- Bəli.
- Bacınızın taleyini düşünmürsünüz?
- Hələ ki heç nə düşünmürəm.
- Bacınızı düşünmürsüz?
- Düşünürəm. Məni də başa düşün də, gərginəm.
Qeyd edək ki, ailəsinin ehtimallarına görə, o, bacısının həyat yoldaşı Ələmdar Məmmədovla qaçmışdı.
BAKU.WS
Oxşar xəbərlər
Bacısının ərinə qoşulub qaçan 14 yaşlı qız tapıldı
Sentyabrın 23-dən itkin düşmüş, Cəlilabadın Məmmədrzalı kənd sakini 14 yaşlı Aynurə Nağıyeva tapılıb. Bu barədə Trend-ə Cəlilabad rayon Polis Şöbəsindən məlumat...
