SİZİN REKLAM BURADA!
055 213 76 73


 
ARB Telekanalını yeni layihəyə start verir.
 
BAKU.WS xəbər verir ki, "Yarımada" adlı yeni realiti şouda sevgililər yarışacaq. Cütlüklərin mübarizə aparacağı şounun aparıcıları Yeganə Cansail və Ulvira Qarayevadır. Veriliş bir vaxtlar ARB televiziyasında yayımlanan "Ferma" realiti şousunun yerinə efirə gedəcək.
 
Qeyd edək ki, bir müddət əvvəl hər iki aparıcı arasında verilişdə aparıcılıq etmək üstündə qalmaqal düşüb.
 
Gənc aparıcı Yeganə Cansail bildirib ki, onların münasibətləri "Ferma" verilişi yayımlananda pozulmağa başlayıb.
 
"Biz əvvəl Ulvira xanımla çox yaxşı yola gedirdik. Lakin bir müddət sonra o, tamamilə dəyişdi. Ona görə də münasibətlərimiz korlandı. Ulvira xanım verilişi tək aparmaq istəyirdi. Lakin bu ona qismət olmadı. "Yarımada"nı birlikdə aparmasaqda eyni verilişin aparıcıları olacağıq. Yeni verilişdə çətin tapşırıqlar yerinə yetirən iştirakçıların "xilasedici mələyi" obrazındayam. layihənin seviləcəyinə inanıram".
 
Qeyd edək ki, "Yarımada" realiti şousu may ayının 15-də saat 21:00-da yayımlanmağa başlayacaq.
 
BAKU.WS