SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Yeməklərə əlavə olunan ədviyyatların çəki atmağa kömək etdiyini yəqin ki, çoxunuz bilmirsiniz.
 
Bəli, yeməklərə əlavə olunan və digər ədviyyatlar artıq çəkilərdən xilas olmağınıza kömək edir. Xüsusilə göbək bölgəsində yığılmış yağları əridir. Həmin ədviyyatlar bunlardır.
LAVANDA

 

Əgər artıq çəkiləriniz sizdə stress və yorğunluq yaradırsa, yeməkləriniz lavanda ilə bişməlidir. Lavanda stressi aradan qaldırır. Xüsusilə ət yeməklərinə möcüzə bir dad qatan lavanda qoxusu sinir sisteminə müsbət təsir edir.
TOXUM BİBƏRLƏR

 

Toxum bibərlərdən rahatlıqla istifadə edin. Toxum bibərlərin tərkibindəki piperin maddəsi bel ətrafındakı yeni yağ hüceyrələrinin meydana gəlməsinin qarşısını alır.
XARDAL TOXUMU

 

 

Xardal toxumu, maddələr mübadiləsini sürətləndirir. Bişirdiyiniz yeməklərdə xardal toxumundan istifadə etməyiniz məqsədəuyğundur. Bundan əlavə xardal toxumu göbək nahiyəsindəki yağları əridir.

ÇİLİ BİBƏRİ (TOZ HALINDA)

 

Çili bibərinin tərkibindəki kapsaisin maddəsi maddələr mübadiləsini sürətləndirir, bədəninizdəki artıq piyləri əridir. Hər gün yarım çay qaşığı toz bibəri yeməklərinizə qatıb yeyə bilərsiniz.

CƏFƏRİ

 
Bütün yeməkləri bəzəyən, süfrələrin baştacı olan cəfərini çiy yeyin. Çiy şəkildə yeməklərdən əvvəl və sonra yeməyiniz məsləhətdir. Cəfəri də maddələr mübadiləsini sürətləndirir. Eyni zamanda qaraciyərdə piylənmənin qarşsını alır.
HİND ZƏFƏRANI

 

Tərkibindəki güclü antioksidanların anti-iltihab təsiri var və həzmə kömək edir. Bütün yeməklərə əlavə edə bilərsiniz, çünki mədədəki yanma hissini də azaldır. Eyni zamanda leptin hormonunun ifraz olunmasına kömək olur. Piylənmənin qarşısını alır.

ROZMARİN

 

 

Tərkibindəki karnosik turşusu piyləri əridir. Salatların içərisində və ya zeytun yağı ilə birlikdə yeyə bilərsiniz.

DARÇIN

 

Çəki vermək istəyənlərin hər an yanında daşıya biləcəyi bir ədviyyatdır. Darçın, hüceyrələri qlükozalarla doldurur və insülini salır. İnsulin müqaviməti kilo problemi olan insanların ən böyük problemlərindən biridir. Bunu önləmək üçün şəkər tozu qoyduğunuz hər şeyi darçınla əvəz edə bilərsiniz. Darçın da bədəndəki yağları parçalayır, piylənmənin qarşısını alır.

ZƏNCƏFİL

 

Mədə və həzm sistemi üçün möcüzəvi təsirləri var. Bağırsaqlar üçün də olduqca faydalıdır. Həzm problemi yaşayan insanlar zəncəfildən gündəlik istifadə etsələr yaxşı olar. Xüsusilə souslara və ət yeməklərinizə zəncəfil əlavə edə bilərsiniz.

SARIMSAQ

 

 

Sarımsaq bir növ antibiotik rolunu oynayır. Evlərdə dərman kimi istifadə edilən sarımsaq həzmə kömək edir, xolesterolu salır və təzyiqi nizamlayır. Eyni zamanda artıq çəkilərdən xilas olmanızda əhəmiyyətli rola malikdir. Sarımsaq bədəndəki artıq yağları parçalayır.

 

BAKU.WS