SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanın ən gözəl uşağı Banunun fotosu məşhur "Nərgiz" jurnalının üz qabığında yer alıb.
 
BAKU.WS xəbər verir ki, Banu Muradovanın fotosu jurnalın 33-cü-yaz buraxılışının üz qabığında çıxacaq. Bu barədə jurnalın rəsmi İnstagram səhifəsində foto paylaşılıb.
 
Qeyd edək ki, Banu Muradova Azərbaycanda kifayət qədər məşhurdur. O hətta bir sıra məşhur uşaq markalarının rekalmında da çəkilib. Onun instagramda 682 mindən çox izləyicisi var.
 
Xatırladaq ki, ilk dəfə olaraq "Nərgiz"jurnalın rəsmi təqdimatı 2013-cü ilin yanvarında baş tututb. Mərasimdə Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva iştirak edib. Jurnalının baş redaktoru Ülviyyə Rəhmanovadır. O, jurnalın adı verildiyi M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevanın qızıdır. Jurnalın üz qabığında da Nərgiz Paşayevanın şəkli verilib. Nərgiz Paşayeva Mehriban Əliyevanın bacısıdır.
 
Aynur Ələkbərova
BAKU.WS