Yatmazdan əvvəl bunu qətiyyən ETMƏYİN
Qastroenteroloq və hepatoloq Lyudmila Sosnina yatmazdan əvvəl yemək yeməyin sağlamlıq problemlərinə yol açdığını bildirib.
BAKU.WS xəbər verir ki, o, yeməyin mədədə iki-üç saat qaldığını, sonra isə nazik bağırsağa keçərək burada qida maddələrinin həzm olaraq sovrulduğunu qeyd edib.
Yatmazdan əvvəl çox yemək, gecə boyunca beyin fəaliyyətini, immuniteti və hormonal balansı poza bilər. Həmçinin gecə vaxtı tüpürcək və mədə şirəsinin aktivliyi azalır ki, bu da düzgün həzm və qida maddələrinin mənimsənilməsini çətinləşdirir. Bu, diabet, ürək-damar xəstəlikləri və həzm problemlərinə səbəb ola bilər.
Sosnina yeməyin yatmazdan iki-üç saat əvvəl bitirilməsini tövsiyə edir.
Əgər güclü aclıq hissi yaranarsa, sürətlə həzm olunan yüngül proteinli qidalar seçmək məsləhətdir.
Oxşar xəbərlər
Qəhvənin orqanzimə ZƏRƏRLƏRİ AÇIQLANDI
Nədən bu içki dünyada bu qədər rəğbət qazanıb və eyni zamanda bir çox xəstəliklərdə həkimlər tərəfindən qadağan edilir? Elm bu barədə nə deyir? BAKU.WS "Medicin...