SİZİN REKLAM BURADA!
055 213 76 73


İranın Fars vilayətinin Geraş şəhərində bir nəfər qarın ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib.

Lent.az xəbər verir ki, müraciət edən qadının qarnında 11 kiloqram ağırlığında şiş olduğu müəyyən edilib. Daha sonra əməliyyat otağına aparılan xəstə əməliyyat olunub.

Xəstəni əməliyyat edən xərçəng cərrahiyyəsi üzrə mütəxəssis Əhməd Abdullahi 4 saat davam edən əməliyyatdan sonra şişləri çıxarıb.

"Geraşdakı Əmirəl Möminin Ali Təhsil Xəstəxanasında əməliyyat olunan 42 yaşlı qadının qarnındakı şişlər tamamilə təmizlənib.

Xəstənin vəziyyətinin yaxşı olduğu bildirilir.

BAKU.WS