SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən ilin aprelində baş verən 4 günlük müharibə zamanı Ermənistan işğalından azad edilən Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndindən görüntülər yayılıb.
 
BAKU.WS xəbər verir ki, videonu jurnalistlər Həmid Həmidov və Fərdin İsazadə şəxsi Facebook səhifəsində paylaşıb. Maraqlı məqam isə işğaldan azad edilən kənddə sazla "Kurtlar Vadisi" serialının soundtrekinin ifa olunması olub. 
 
"Biz xarici mediya nümayəndələri ilə birlikdə Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuqmərcanlı kəndində olduq. Hazırda ANAMA əməkdaşları sözügedən ərazini minalardan təmizləyir",-deyə jurnalistlər vidoya şərh verib.
 
Sözügedən kadrları sizə təqdim edirik: 
 
Aynur Ələkbərova
BAKU.WS