SİZİN REKLAM BURADA!
055 213 76 73


Bel ağrılarının qaynaqlandığı nöqtəyə görə səbəbləri açıqlanıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bel ağrısı qızdırma, arıqlama və ya gecələri öskürəklə müşayiət olunarsa bu zaman mütləq həkimə müraciət edilməlidir.

Həmçinin, ağrı istirahətdən sonra keçmirsə və ya kürəyin üst hissəsində, çiyin sümüklərinin arasında hiss olunursa, həkimə müraciət etməyə dəyər.

Bu əlamət müxtəlif xəstəliklərdən xəbər verə bilər. Problem böyrəklərdədirsə, ağrı onların yerləşdiyi yerdə, yəni qabırğaların altında hiss olunur və qasıq nahiyəsinə yayılır.

Pankreatit və pankreasın digər xəstəliklərində adətən qarın və beldə kəskin ağrılar görünür.

Həmçinin bağırsaq kolon iltihabı səbəbiylə də bel ağrıya bilər.

Onurğa ağrısı onurğa stenozu da daxil olmaqla bir sıra vəziyyətlərdən xəbər verir. Onurğanın stenozu bel nahiyəsində onurğa kanalının daralması zamanı baş verir. Bu, onurğa beyninə və ya sinirlərə təzyiq edir və ağrıya səbəb olur. Ağrı onurğanın istənilən hissəsinə təsir edə bilər, lakin ən çox aşağı hissədə müşahidə olunur.

Bundan əlavə, mütəxəssislərin fikrincə, ağrı artrit, onurğa disklərinin degenerativ xəstəlikləri, həmçinin düzgün olmayan duruş və ya oturaq iş nəticəsində yaranan vəziyyətlərdən qaynaqlanır.

BAKU.WS