SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Qızım Nəsrin qan xərçəngindən əziyyət çəkir. Onu müalicə etdirmək üçün 30 min manatdan çox pul xərcləmişik. Ancaq qızımın xarici ölkədə müalicəsini davam etdirmək üçün 35 min dollar əlavə tələb olunur". 
 
Bu sözləri BAKU.WS-ə açıqlamasında 6 yaşlı Nəsrinin atası Ceyhun Quliyev deyib. Onun sözlərinə görə, övladı hazırda B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda müalicə olunur.
 
"Qızımın yaşaması üçün böyük miqdarda pula ehtiyac var. Nəsrini Minskdə müalicə etmək mümkündür. Ancaq pulum olmadığı üçün çıxılmaz vəziyyətdəyəm. Xahiş edirəm imkanı olan şəxslər qızımı yaşada bilmək üçün mənə dəstək olsunlar".

Nəsrin balaya yardım etmək istəyənlər qeyd olunan bank rekvizitlərindən istifadə edərək dəstək ola bilər. Ətraflı məlumat əldə etmək istəyənlər balaca balanın atası Ceyhunla (070 527 07 97) əlaqə saxlasın. 
 
Şahin Həbibov
BAKU.WS