13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

ANS-in efirində yayımlanan "Salam Azərbaycan” verilişinin aparıcısı Aytən Səfərova kanaldan ayrılması və ATV-yə keçməsi haqqında yayılan xəbərlərə münasibət bildirib. 


BAKU.WS-in məlumatına görə, aparıcı Facebook sosial şəbəkəsində bununla bağlı fikirlərini bölüşüb:

"Salam. Əziz Dostlar, Menim ANS-dən çıxmağım barədə məlumat yayılıb. Qeyd etmək istəyirəm ki, ANS-dən çıxmamışam. Hazırda bülletendəyəm, Bir müddət sonra isə məzuniyyətə cıxmağa hazırlaşıram. Haqqımda, başqa kanala keçdiyimə dair məlumat yayan saytları da qınamıram, Çünki mənim ANS-də efirde görünməməyim bir çox mülahizələrə, muəyyən informasiyaların yayılmasına səbəb olub. Bu müddətdə də mənə saytlar, sosial şəbəkə, telefon ve s vasitəsilə dəstək verən hər bir şəxsə de dərin təşəkkür edirem. Var olun”. 


Azad Əliyev

BAKU.WS