SİZİN REKLAM BURADA!
055 213 76 73



Müasir qadınlar hər zaman formada və gözəl görünməyə çalışırlar.
 
Bunun üçün bahalı müxtəlif prosedurlardan tutmuş, ev şəraitində hazırlanan maskalardan yararlanırlar.
 
Aşağıda BAKU.WS-in xanım oxucularına təqdim etdiyimiz maska isə zərif cinsin nümayəndələrini gəncləşdirmək xüsusiyyətinə malikdir.

Yəni estetik mərkəzlərə gedib, kosmetoloqların bahalı xidmətlərinə müraciət etməklə yanaşı, özünüz də dərinizə lazımi qulluğu göstərə bilərsiniz:
 
Odur ki, kağız-qələm götürüb, monitora yaxın əyləşin.
 
Beləliklə:
 
1 almanın yarısı əzilir, üzərinə 1 yumurta sarısı,  1 xörək qaşığı təmiz bal, 1 xörək qaşığı alma sirkəsi, 1 çay qaşığı B qrup vitamin tozu, 1 çay qaşığı Askorbin turşusu (Vitamin C) əlavə edilərək, qarışdırılır. Qarışıq üz və boyunun dərisinə çəkilir. 25-30 dəqiqədən sonra yuyulur. 
 
Bu maskanı həftədə 2 dəfə, özü də istənilən tipli dəridə istifadə etmək olar.
 
Aysel.Ş
BAKU.WS