13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Dünyanın ən məşhur və ən çox istifadə edilən mesajlaşma sistemi olan "WhatsApp" çoxdan gözlənilən yeniliyini istifadəyə verməyə hazırdır.
 
BAKU.WS-in məlumatına görə, artıq burada görüntülü danışmaq da mümkün olacaq. 

"WhatsApp" ötən gün görüntülü danışıqla bağlı öz tətbiqini yeniləyib. Görünüşə görə, bu xidməti sayəsində "WhatsApp"ın milyonlarla olan istifadəçisinin sayı daha da artacaq. Bu sayədə o hətta görüntülü danışıq problemi olan "Skype"də geridə qoyacaq. 

"Yaxın günlərdə bir milyarddan çox istifadəçi Android, iPhone və Windows Phone-da videozənglərdən istifadə edə biləcək", deyə şirkətin yaydığı məlumatda bildirilir. 

Bəs bu xidmətdən neçə istifadə etmək olar?  İlk olaraq "Play Store/App Store"dən "WhatsApp"ı yeniləmək lazımdır. Daha sonra görüntülü danışıq etmək istədiyiniz şəxsin profilinə daxil olun. Yuxarı sağ küncdə olan telefon işarəsinə basdıqda iki seçim gəlir - səsli və görüntülü danışıq. İstədiyinizi seçməklə rahatlıqla qarşı tərəflə əlaqə yarada bilərsiniz.
 
Azər Mehdiyev