SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Avtostop” verilişinin aparıcısı Tural Yusifov "Yol hərəkəti Haqqında Qanun”da sürücünün arxasında qalan şüşələrə jalüz asılmağa icazə olduğunu bildirib.

BAKU.WS xəbər verir ki, T.Yusifovun sözlərinə görə, qanuna əsasən avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilə bilər. İşığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə icazə verilir.

Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtobusun pəncərələrindən pərdə asmağa, eləcə də minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir.

​Qanuna əsasən avtomobilin şüşəsinə plyonka və pərdə asmağa yol verilmir. Yəni bu vasitələr olduqda sizə cərimə tətbiq edilir, yerində aradan qaldıra bilmirsənsə avtomobilin hətta cərimə meydançasına gedir. Lakin bir məsələni diqqətdə saxlamaq lazımdır.
 

 

AZS 122-2004: Avtomobilin şüşələri ilə bağlı rəsmi dövlət standartı. İlk olaraq onu qeyd edək ki, AZS 122-2004-də sürücünün görünüş dairəs П şəkilli müəyyən edlilib (bənd 3.2.4).

Bizim qanunda sürücünün arxasında qalan şüşələrə jalüz asılmağa icazə var. Qadağa yoxdur və cəriməsi mövcud deyil. İcazə veruilməyən örtük qanunda plyonka və pərdə olaraq müəyyən edilib.

Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Ərşad Hüseynov BAKU.WS-ə danışarkən Azərbaycanın qəbul etdiyi Avropa İqtisadi komissiyasının 43 saylı qaydalarını xatırlatdı.
 

 

"Jalüz pərdənin bir növüdür. Bunu hamı bilir. Evdə, işdə və avtomobildə də tətbiq olunur. Problem bundan ibarətdir ki, ölkəmizdə həmin standart beynəlxalq standartlardan kənara çıxıblar və SSRİ dönəmindəki təcrübədən iki əlli yapışıblar. Avropa iqtisadi komissiyasının 43 saylı qaydaları var. 1949-cu ildə qəbul olunub. 2002-ci ildə Birləşmiş Millətlər Təşkilatının yerüstü nəqliyyatın texniki göstəricilərinə dair bütün standartlarını özündə ehtiva edən müqaviləyə Azərbaycan da qoşulub. Azərbaycan dövləti öz üzərinə öhdəlik götürüb ki, avtomobillərlə bağlı bütün beynəlxalq standartları öz ərazimdə qəbul edirəm. İstehsal və istismar olunan avtomobillər bu standartlara uyğun olacaq. Standartlardan biri də 43 saylı qaydalardır. Burada maşının hansı şüşələrində hansı örtüklərin olduğu öz əksini tapıb. Sükan arxasında oturan sürücünün kürəyindən arxada qalan şüşələrə şəffaflıq tələbi yoxdur. İstəyirsən pərdə, istəyirsən plyonka, istəyirsən jalüz vur. Heç bir tələb yoxdur. SSRİ qanunlarında isə nəzərdə tutulub ki, avtomobilin içi görünməlidir. Biz bu təcrübəni davam etdiririk”, - ekspert bildirib.

Ə.Hüseynov həmçinin qeyd etdi ki, sürücünün görünüş dairəsi deyərkən alın şüşəsi, sol və sağ şüşələr nəzərdə tutulur.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov isə BAKU.WS-ə bildirdi ki, yol hərəkəti haqqında qanunun tələbinə uyğun olaraq nəzərdə tutulan bütün tədbirlər həyata keçiriləcək.
 

 

Qeyd edək ki, bu gündən etibarən maşınlarda gündən qoruyan vasitələrdən istifadəyə icazə verilmir. Standarlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin verdiyi qərar əsasında, Azərbaycan iqlim şəraiti nəzərə alınaraq, hər il 1 maydan 15 noyabradək avtomobillərdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilir.
 
Saməddin Mehralıyev
BAKU.WS