VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Rusiyanın "Birinci” kanalının aparıcısı əslən azərbaycanlı olan İradə Zeynalova ikinci dəfə ərə gedir.

BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, "Voskresnoye Vremya” verilişinin son 4 il ərzində aparıcısı olmuş İ.Zeynalova hərbi müxbir Aleksandr Yevstiqneyev ilə ailə həyatı qurmağa hazırlaşır.

Aparıcı açıqlamasında "Komsomolskaya pravda”ya "Bəli, mən ikinci dəfə ərə gedirəm. Lakin bu haqda danışmaq istəmirəm. Önəmli olan odur ki, çox xoşbəxtəm” – deyib.
 
Qeyd edək ki, A.Yevstiqneyev bundan əvvəl müxbir Natalya Ustyuqova ilə evli olub, İradə Zeynalova isə jurnalist Aleksey Samolyotov ilə 10 illik ailə həyatıdan sonra 2015-ci ildə ayrılıb.
 
Aysel.Ş
BAKU.WS