Tramp ABŞ-da Netanyahunun həbsi ilə bağlı heç bir təhdid olmadığını açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
"İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-da Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) qərarı ilə həbsi ilə bağlı heç bir təhdid yoxdur".
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp öz "Truth" hesabında yazıb.
"Benyamin Netanyahu Amerika Birləşmiş Ştatlarında olduğu müddətdə heç bir şəkildə və ya formada həbs olunmayacaq", - Tramp Nyu-York meri Zöhran Məmdaninin açıqlamalarını şərh edərkən bildirib.
Qeyd edək ki, Məmdani Netanyahunun Nyu-Yorka gələcəyi təqdirdə BCM qərarı ilə saxlanılmasının qanuniliyi ilə bağlı vəkillərlə məsləhətləşdiyini açıqlamışdı.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...