Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşdı

Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşdı
Hadisə 32

Dünya bazarında Azərbaycanın "Azeri Light" markalı neftinin qiymətində artım qeydə alınıb.

BAKU.WS xəbər verir ki, bazar mənbələrinin məlumatına əsasən, "Azeri Light" markalı neftin bir bareli əvvəlki göstərici ilə müqayisədə 2,41 ABŞ dolları (2,63 faiz) bahalaşaraq 93,91 ABŞ dollarına yüksəlib.

Hərracların yekununa görə, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti isə 87,01 ABŞ dolları olub.

Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə satılan "Azeri Light" neftinin bir barelinin qiyməti də 2,42 ABŞ dolları və ya 2,76 faiz artaraq 89,99 ABŞ dollarına çatıb.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta satış qiyməti bir barel üçün 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Xatırladaq ki, "Azeri Light" markalı neft üzrə ən aşağı qiymət 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiymət isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub. Bu neft "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilir və layihədə SOCAR-ın payı 31,65 faiz təşkil edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər