Məşhur müğənni London metrosunda rəqsi ilə gündəm oldu
Dünyaca məşhur R&B ifaçısı Tayla Londonda metro vaqonunda etdiyi rəqslə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
BAKU.WS xəbər verir ki, yeni albomunun təqdimatı üçün Londona gedən "Qremmi" mükafatlı müğənni metro ilə səyahət edərkən vaqondakı tutacaq dirəyində rəqs edib.
Hadisə zamanı sərnişinlər böyük təəccüb yaşayıb, bir çoxu həmin anları mobil telefonla lentə alaraq sosial şəbəkələrdə paylaşıb.
Görüntülər qısa müddətdə viral olub. Bəzi sosial media istifadəçiləri ictimai nəqliyyatda gigiyena məsələsinə diqqət çəkərək müğənnini tənqid ediblər. "Ümid edirəm ki, yanında əl dezinfeksiyaedici var" və "O dirəyə toxunduqdan sonra ilk xəstələnən özü olacaq" kimi şərhlər paylaşılıb.
Digər istifadəçilər isə hadisəyə yumorla yanaşaraq Taylanın sərbəst davranışını müdafiə ediblər.
Oxşar xəbərlər
Tramp ABŞ-da Netanyahunun həbsi ilə bağlı heç bir təhdid olmadığını açıqlayıb
"İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-da Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) qərarı ilə həbsi ilə bağlı heç bir təhdid yoxdur". BAKU.WS APA-ya istina...