13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Apple şirkəti yeni iPhone 14 smartfonlarını təqdim edib.

Smartfonlar iki versiyada buraxılacaq: 6,1 düymlük ekranla və MAX - 6,7 düym böyüdülmüş ekranla. Yeni modellərdə mini versiya yoxdur. iPhone 14 əvvəlki nəsil ilə eyni dizayndadır və beş rəngdə mövcuddur: ağ, qara, çəhrayı, xama, qırmızı. Apple batareyanın ömrünü artırdığını iddia edir, lakin dəqiq rəqəmlər vermir.

iPhone 14 əvvəlki nəsil altı nüvəli Apple A15 Bionic ilə eyni çipə, əsas kamera 12 meqapiksel təsvir ölçüsünə və f/1.5 diaframa malikdir. Təqdim olunan qurğular mobil operatorların əhatə dairəsi olmadıqda işləyəcək peyklər vasitəsilə fövqəladə rabitə funksiyasını dəstəkləyir.

"iPhone 14" 799 dollar, "iPhone 14 Max" 899 dollardır. Öncədən sifarişlər sentyabrın 9-dan qəbul ediləcək, smartfonlar isə sentyabrın 16-da satışa çıxarılacaq.

iPhone 14 Plus:

Prosessor: A15 Bionic, 5 nm, (6 nüvə)
Arxa kamera: 12 meqapiksel
Əsas kamera, 12 meqapiksel geniş bucaq
“iPhone 13” ilə müqayisədə kamera yeni linzalara və daha böyük sensora malikdir.
Ön kamera: Yeni avtofokus kamerası

Yaddaş: 128GB/256GB/512GB
Operativ yaddaş: 6 GB RAM
Batareya: 4,323 mAh
Əməliyyat sistemi: iOS 16
Digər: 5G, Wi-Fi 6, Dual Line, IP68 suya və toza davamlı,
Rəng seçimləri: Yaşıl, bənövşəyi, mavi, qara, ağ və qırmızı

Sentyabrın əvvəlində Apple cihazın təkmilləşdirilməsi ehtiyacı fonunda yeni smartfonların uğurlu satışını proqnozlaşdırmışdı.

Qiymətlər isə belə müəyyənləşdirilir:

iPhone 14: 966 dollar
iPhone 14 Plus: 1.067 dollar
iPhone 14 Pro: 1.428 dollar
iPhone 14 Pro Max: 1.572 dollar

BAKU.WS
VİDEO