VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Səudiyyə Ərəbistanı rəhbərliyi Həcc mərasimi zamanı fövqəladə halların qarşısını almağı nəzərdə tutan tədbirlər planı təsdiqləyib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, keçən il yüzdən çox zəvvarın ölümündən sonra bu il ölkə rəhbərliyi həcc mərasimini maksimum təhlükəsiz etmək niyyətindədir.

Krallığın Mülki müdafiə idarəsinin rəhbəri, general Süleyman bin Abdullah əl-Əmr bildirib ki, plana əsasən, Həcc mərasimi zamanı ölkənin bütün müvafiq resursları səfərbər ediləcək:
"Təhlükəsizlik orqanlarının 17 mindən çox əməkdaşı və 3 min ədəd texnika Həccin təşkilinə cəlb ediləcək".

Bununla yanaşı, fövqəladə hallar zamanı zəvvarların təcili təxliyəsi məsələsinə də xüsusi diqqət ayrılacaq.
 
BAKU.WS