VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 
Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov Çeçenistan lideri Ramzan Kadirovla bir araya gəlib. 
 
BAKU.WS məlumat verir ki, idmançımız Çeçenistan liderinin təşkil etdiyi iftar süfrəsində iştirak edib. Bu haqda Zabit Səmədov Instagram hesabında məlumat paylaşıb:
 
"Qardaşlarla iftarı açırıq"-, deyə idmançı yazıb. 
 
Qeyd edək ki, Zabit Səmədovun Çeçenistan lideri Ramzan Kadirovla uzun müddətdir dostluq münasibəti var. Ramzan Kadirov həmyerlimizə döyüşlərin birində qələbə qazandığı üçün avtombil də hədiyyə etmişdi.  Zabit isə 150 min dollar qiymətində olan avtomobilin fotosunu Instagram səhifəsində paylaşaraq Kadırova təşəkkürünü bildirmişdi. 
 

BAKU.WS