SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Səba bütün Ramazan ayı boyunca ən çox tələb olunan məhsullarına xüsusi qiymətlər tətbiq etməyə başlayıb. 

İyunun 6-dan etibarən bütün Səba dükanlarında və Səba satılan marketlərdə yağ, pendir, qatıq, xama və Səba toyuğunu hər kəs əvvəlki qiymətlərindən xeyli aşağı qiymətə ala biləcək. 

Misal üçün qeyd edək ki, indi təzə açıq Səba toyuq ətinin kilosu 2.65 AZN, Səba yağının kilosu isə 8 AZN-dir. Məqsəd bu müqəddəs ayda hər kəsin süfrəsində təmiz, halal, yüksək standartlarla hazırlanmış ən vacib qida məhsullarının olmasına şərait yaratmaqdır.

Məhsulların qiymət cədvəli yazının altında yerləşdirilib.

Daha maraqlı bir məqam isə Səba dükanlarının dislokasiyasının hazırlanmasıdır.  Yeni tətbiq vasitəsitə xəritədə sizə yaxın olan ərazidəki Səba dükanının yerini daha dəqiq tapa bilərsiniz. 

Qeyd edək ki, Səba ölkədə dövlət halal standartına malik yeganə toyuq brendidir. Səba toyuqları Avropa və Asiyanın 40-a yaxın dövlətində tanınan GİMDES halal sertifikatına da malikdir.

Səba hər birinizin evinə şənlik, süfrənizə bol ruzi arzulayır!
 
Səba dükanlarının ünvanlarını bu linkdən https://goo.gl/wQRCJG öyrənə bilərsiniz.