SİZİN REKLAM BURADA!
055 213 76 73


Sosial şəbəkələrdə yayılan azərbaycanlı xanımın bu görüntüləri gündəm olub.

BAKU.WS xəbər verir ki, xanım yayımladığı videosu ilə aktyor Jan-klod Van Dammın oğlu Kristoferin azərbaycanlı pianoçu Suada Hacızadə haqqında fikirlərini bildirib.

O, 21 yaşlı Suadaya Van Dammın oğlu ilə evləndiyinə görə bəxtəvərlik oxuyub.

Xanımın bu çıxışı sosial şəbəkələrdə izlənmə rekordu qırıb. İzləyici kütləsi böyük olan səhifələrdə paylaşılıb. Hətta yerli məşhurlardan bəziləri də bu görüntüləri şəxsi “Instagram” hesabında yayımlayıb.

Qeyd edək ki, ötən gün Hollivud ulduzu Jan-klod Van Dammın oğlu Kristoferin azərbaycanlı pianoçu Suada Hacızadə ilə evlənməsi xəbəri mətbuatda böyük səs-küy yaradıb.

Sosial şəbəkələrdə də yayılan xəbər hələ də müzakirə olunmaqda davam edir.

BAKU.WS
VİDEO