Bir müddət əvvəl ölkədə karantin qaydaların yumşaldılması haqqında Nazirlər Kabineti yanında Opertiv Qərargah yeni qərarlar qəbul etdi. Bunlardan biri də açıq havada maska taxmaq qadağasının ləğv olunması idi. Açıq havada maska qadağası aradan qaldırılsa da, bu qərar qapalı məkanlara aid edilmədi.

BAKU.WS xəbər verir ki, ötən gün türkiyəli sənətçi Mustafa Cecelinin Bakıda konserti baş tutub. Musiqili proqram Bilgəhdə yerləşən “İstanbul Meyhane” restoranında minə yaxın adamın iştirakı keçirilib.

Konsert qapalı məkanda təşkil olunsa da, maska və sosial məsafə kimi izolyasiya qaydalarına əməl olunmayıb. Minə yaxın insan saatlara ayaqda qalaraq, məsafə qorumadan ifaçı ilə birgə onun mahnılarını ifa ediblər.

Konsertdən lentə alınan görüntülər sosial şəbəkələrdə yayılıb. İstifadəçilər ölkədə toylara icazə verilmədiyi halda, belə konsertlərin təşkilini qınayıb və bunun qanunsuzluq olduğunu bildiriblər.

Mustafa isə konsertdən çəkilən görüntüləri şəxsi “Instagram” hesabında yayımlayıb.

Ceceli paylaşımına “Səhnə üçün çox darıxmışam. İnşallah, bu görüntülər Türkiyədə də lentə alınar və konsertlər yenidən başlayar.

Bakıda bizi böyük coşqu ilə qarşılayan və bütün ifalarımı əzbər bilən pərəstişkarlarıma təşəkkür edirəm. Yaşa, var ol Can, Azərbaycan” şərhini əlavə edib.

BAKU.WS
VİDEO