Safurə Əliyevadan oğlu ilə bağlı paylaşım

"Avroviziya" təmsilçilərimizdən olan müğənni Safurə Əliyeva sosial şəbəkə hesabında yeni paylaşım edib.
BAKU.WS xəbər verir ki, sənətçi "Instagram" hesabında oğlu İsgəndərin ad günü münasibətilə fotosunu yayımlayıb.
Safurə paylaşımına bunları da əlavə edərək övladının doğum gününü təbrik edib:
"Bu gün oğlumun ad günüdür. Həyatım mənim, sənə cansalığı, uzun ömür və xoşbəxtlik arzu edirəm. Arzu etdiyin hər şey yerinə yetsin. Səni çox sevirəm. Canım İsgəndər, yaxşı ki həyatımda varsan. Mən dünyada ən şanslı anayam”.
Xatırladaq ki, ifaçı mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə qurub. Cütlüyün 3 övladı var.

Oxşar xəbərlər
“Boğazı qopub, üstümə düşmüşdü...” – Qadın zabitin DƏHŞƏT DOLU MÜHARİBƏ XATİRƏLƏRİ
I Qarabağ müharibəsi veteranı, Dövlət Sərhəd Xidmətinin şöbə rəisi, polkovnik-leytenant Aliyə Piriyeva müharibənin dəhşətli anlarından danışıb.BAKU.WS xəbər ver...
