SİZİN REKLAM BURADA!
055 213 76 73


“İstəməzdim ki, atam vəfat etsin. Heç bir uşağın başına belə bir iş gəlməsin. Ata qocalıb rəhmətə gedəndə onunla uzun müddət yaşayırsan. Lakin daha kiçik yaşımda atamı itirdiyimə görə pis oluram”.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, bu fikirləri şəhid Teymur Abbaslının oğlu Feyruz Abbasov “Birinci Studiya” verilişinə müsahibə verən zaman söyləyib. Son günlər sosial şəbəkədə görüntüləri yayımlanan Feyruz şəhid olan atası ilə bağlı xatirələrini bölüşüb:

“Atam deyirdi ki, müharibə başlasa, ilk mən gedəcəm. O, bizə həmişə Qarabağın işğaldan azad olunacağını deyirdi. Bir dəfə onunla görüşməyə getdik.

Atam uzaqdan gələndə onu gördüm və sevincimdən ağladım. O, mənə dedi ki, “niyə ağlayırsan? mən buradayam”. Biz onunla orada sonuncu dəfə görüşdük”.

Balaca Feyruz atası ilə sonuncu telefon danışığını belə xatırlayır:

“Atam sonuncu dəfə bizimlə danışanda dedi ki, biz artıq içəri daxil oluruq, sizinlə bir, ya da iki həftə danışa bilməyəcəm. Orada atama 4 güllə dəyib, yaralanıb, 30-40 dəqiqə sağ qalıb, daha sonra isə vəfat edib”.

BAKU.WS
VİDEO