Şəhid anası: “Oğlum şəhid olan gün saatım dayandı” - VİDEO

Şəhid anası: “Oğlum şəhid olan gün saatım dayandı” - VİDEO
Video
Şou-biznes 548

"Həmin gün mənim saatım dayandı, amma onun saatı qan içində idi, hələ işləyir. Snayperlə boğazından vurmuşdular. Bunu komandiri ad günündə hədiyyə etmişdi".

Bu sözləri İkinci Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olan Fuad Məmmədovun anası Mətanət Məmmədova bildirib. O qeyd edib ki, Fuadın arzusu pilot olmaq imiş:

“Deyirdi ana, mən pilot olub ən yüksəklərdə olacam. Söz verirəm, mənimlə fəxr edəcəksən”.

Qeyd edək ki, Fuad Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək şəhid olub.

Son xəbərlər