Kriminal avtoritet "Gəncinski" saxlanıldı: Görün evindən nələr çıxdı - FOTO

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinə daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş "Osman Gəncinski" kimi tanınan 28 yaşlı Osman Mərdənov saxlanılaraq Polis İdarəsinə gətirilib.
Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat daxil olub.
Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd üzərində “Makarov” sözü yazılan, qaz tapançası aşkar olunaraq götürülüb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxsin yaşadığı evə baxış keçirilən zaman sellofan torbaya bükülmüş, buraxılış ili və nömrəsi silinmiş “Kalaşnikov AK 74” markalı avtomat, 1 ədəd həmin avtomata aid daraq və 30 ədəd 5.45 mm kalibirli avtomat güllələri müsadirə edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
"Qoca"nın qardaşı həbs edildi - FOTO
Hacıqabul sakinindən silah və narkotik vasitələr götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib. Verilən məlumata...
