SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda psixi xəstə qohumunu öldürüb, daha sonra intihar edib.

BAKU.WS
xəbər verir ki, ağır cinayət ötən gün paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 28 may küçəsində baş verib.

Qəsəbə sakini 62 yaşlı Sərvər Rzayev qohumu, həm də qonşusu olan 42 yaşlı Zakir Abbasovla küçədə mübahisə edib. Sərvər Rzayev mübahisə zamanı Zakir Abbasova 20-dən çox bıçaq zərbəsi vurub və transormatora girərək intihar edib.

Zakir Abbasov çoxlu qan itirdiyindən elə hadisə yerindəcə ölüb.

Əraziyə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, hər iki meyiti müayinə etmək üçün tibbi ekspertizaya aparıblar.

Hadisəni törədənin qardaşı Azər Rzayev deyir ki, Sərvər Rusiyada yaşayıb. O, bir müddət əvvəl Bakıya gəlib və son vaxtlar da psixi xəstəlikdən əziyyət çəkirmiş.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi başlanıb, hadisənin dəqiq təfərrüatı araşdırılır.

Xəzər TV mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
BAKU.WS
VİDEO