Bakıda qohumunu öldürüb, sonra dəhşətli şəkildə intihar edən şəxslə bağlı YENİ XƏBƏR - VİDEO
24
sen
2019
09:14
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda psixi xəstə qohumunu öldürüb, daha sonra intihar edib.BAKU.WS xəbər verir ki, ağır cinayət ötən gün paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 28 may küçəsində baş verib.Qəsəbə sakini 62 yaşlı Sərvər Rzayev qohumu, həm də qonşusu olan 42 yaşlı Zakir Abbasovla küçədə mübahisə edib. Sərvər Rzayev mübahisə zamanı Zakir Abbasova 20-dən çox bıçaq zərbəsi vurub və transormatora girərək intihar edib.Zakir Abbasov çoxlu qan itirdiyindən elə hadisə yerindəcə ölüb.Əraziyə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, hər iki meyiti müayinə etmək üçün tibbi ekspertizaya aparıblar.Hadisəni törədənin qardaşı Azər Rzayev deyir ki, Sərvər Rusiyada yaşayıb. O, bir müddət əvvəl Bakıya gəlib və son vaxtlar da psixi xəstəlikdən əziyyət çəkirmiş.Faktla bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi başlanıb, hadisənin dəqiq təfərrüatı araşdırılır.Xəzər TV mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Oxşar xəbərlər
Bakıda dəhşət - damarlarını doğradı, qohumunu öldürdü, sonra intihar etdi
Bakıda dəhşətli qətl hadisəsi baş verib.BAKU.WS Trend-ə istinadla xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib.Belə ki, rayonun Bilgəh q...