Zaqatalada kişi öz həyat yoldaşını bıçaqlayaraq qətlə yetirib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Zaqatalanın Muxax kəndi ərazisində baş verib.

Rayonun Suvagil kənd sakini, 1982-ci il təvəllüdlü Büllurə Seyran qızı Qədirova əri Aqşin Qədir oğlu Qədirov tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Ər arvadını bıçaqladıqdan sonra hadisə yerindən qaçıb.

Hazırda rayonun hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırma aparır.
BAKU.WS