Diplomatlar Şuşada yeni məscidin tikintisi ilə tanış olublar
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağa səfər çərçivəsində Şuşada yeni məscidin tikintisinin gedişatı ilə tanış olublar.
BAKU.WS report-a istinadən xəbər verir ki, qonaqlara tikinti işlərinin cari mərhələsi və məscid layihəsinin xüsusiyyətləri barədə məlumat təqdim edilib.
Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri həmçinin regionda həyata keçirilən bərpa və yenidənqurma layihələri ilə tanış olublar.
Şuşada yeni məscidin təməli 2021-ci il mayın 12-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub.
Qeyd edək ki, bu gün diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura növbəti ikigünlük səfəri başlayıb.
Nümayəndə heyətinin tərkibinə 58 ölkənin və doqquz beynəlxalq təşkilatın 150 nümayəndəsi daxildir.
Qalereya
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...