"Elmlər Akademiyası"ndan "Həzi Aslanov"a ekspres marşrut fəaliyyətə başlayır
Yeniliklərdən dərhal xəbərdar olun
Metro xətlərinin ayrılması ilə əlaqədar sərnişinlərin ictimai nəqliyyata əlçatanlığının artırılması məqsədilə aparılmış təhlillərə əsasən, AYNA-nın dəstəkləyici tədbirləri çərçivəsində daha bir ekspres marşrut xətti təşkil edilir.
Bu barədə BAKU.WS AYNA-ya istinadən xəbər verir.
Metronun "Elmlər Akademiyası" və "Nizami" stansiyalarıdan "Qara Qarayev", "Neftçilər", "Xalqlar Dostluğu", "Əhmədli" və "Həzi Aslanov" stansiyaları istiqamətində artan sərnişin tələbatını qarşılamaq üçün sentyabrın 13-dən M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayacaq.
Avtobusların "Elmlər Akademiyası" metrostansiyasındakı dayanacağı Hüseyn Cavid prospekti, "Həzi Aslanov" metrostansiyasında isə Məhəmməd Hadi küçəsi, metronun qarşısı təyin edilib.
Avtobusların hərəkəti metronun iş rejiminə uyğunlaşdırılaraq saat 06:00-dan 00:00-dək təşkil ediləcək.
Oxşar xəbərlər
Hökməli qəsəbəsinin sakinlərinin NƏZƏRİNƏ! Bu avtobuslar YENİLƏNİR
Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə BAKU.WS-ə Rəq...