SİZİN REKLAM BURADA!
055 213 76 73



Şirvanda toyda qətl hadisəsi baş verib.

BAKU.WS
APA-ya istinadən xəbər verir ki, qətl hadisəsi axşam saat 22.00 radələrində Şirvanda yerləşən şadlıq saraylarından birində qeyd alınıb.

Qohumlarının toyunda iştirak edən Neftçala rayonunun Surra kənd sakini, 1978-ci il təvəllüdlü Əliyev Azər Yusif oğlu kütləvi dava zamanı ürək nahiyəsindən bıçaqlanıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.

Şirvanda toyda qətli törədən şəxs hadisə yerindən qaçıb.

Dava zamanı əlindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləçdirilən Sabirabad rayonunun Nəsimikənd kənd sakini, 1976-cı il təvəllüdlü Həsənov Teymur Hüseynqulu oğlu qətli törətməkdə şübhəli bilinsə də, sonradan məlum olub ki, qətli törədən şəxs və davanın digər iştirakçısı hadisə yerindən qaçıb.

Qeyd edək ki, Şirvanda yerləşən şadlıq saraylarından birində qohumlarının toyunda iştirak edən Neftçala rayonunun Surra kənd sakini, 1978-ci il təvəllüdlü Əliyev Azər Yusif oğlu kütləvi dava zamanı ürək nahiyəsindən bıçaqlanıb. Xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Hüquq-mühafizə orqanları şadlıq sarayının kamera görüntülərini araşdırmaqda davam edirlər. Qətldə iştirak edən şəxsin və digərinin saxlanılması istiqamətində əməliyyat istintaq tədbirləri həyata keçirilir.

BAKU.WS