Azərbaycanda şəhid ailəsinin evinə BASQIN EDİLDİ

13
iyl
2024
07:39
Salyan rayonunun Sarvan kəndində evlərin birində oğurluq hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, naməlum şəxs axşam saat 22:00 radələrində şəhid Cavad Asif oğlu İsmayılovun ailəsinin evinə basqın edib.
Nəticədə şəxs evdən 1000 azn və qızıl-zinət əşyalarını oğurlayıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma davam edir.
Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin 19 yaşlı əsgəri olmuş Cavad Asif oğlu İsmayılov 2020-ci ilin dekabr ayında idarə etdiyi "KamAZ" markalı yük maşının minaya düşməsi nəticəsində həlak olub.
Oxşar xəbərlər
Gecə “qızları əxlaqsızlıq edir” dediyi qadını öldürdü, oğurladığı qızılların puluna pivə içdi - MƏHKƏMƏ İŞİ
Şəmkir rayonunda 1979-cu il təvəllüdlü Əkbər 1966-cı il təvəllüdlü qohumu Vüsaləni (adlar şərti verilib – red.) qətlə yetirib. BAKU.WS teleqraf.com-a istinadən...
