Məktəblilər arasında bıçaqlanma olub

03
dek
2021
10:11
Ağstafada bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Ağstafa şəhər 2 nömrəli tam orta məktəbdə qeydə alınıb. 2010-cu il təvəllüdlü Bayramov Orxan Habil oğlu döş qəfəsinin bıçaqlanması xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Məktəbli dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir. O, məktəbdə 5-ci sinif şagirdi olan Əli adlı şəxs tərəfindən bıçaqlandığını deyib. Məlumata görə, hadisə dərs vaxtı olub.
Faktla bağlı araşdırmalara başlanıb.
Oxşar xəbərlər
Bakıda kamera qarşısında keçmiş məhbusu belə öldürdü - ANBAAN VİDEO
Baxış keçirilməsi protokoluna əsasən, cinayət 2019-cu il oktyabrın 24-ü saat 23:13-də Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 28 ünvanında baş verib. Hadisə yerind...