Amansız QİSAS: Xəyanətdə ittiham etdiyi sevdiyi qızı anası ilə tanış etmək adı ilə görüşə çağırdı və ...
12
fev
2019
12:24
Cinayət məcəlləsinin 150.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri törətmək), 150.2.3 (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) və 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə məhkum olunan Qocayev Leysan Temraz oğlu və Əlizadə Orxan Elxan oğlunun məhkəmə prosesi mart ayının 6-da Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin sədrliyi ilə keçiriləcək. BAKU.WS ölkə.az-a istinadən xəbər verir ki, adıçəkilən gənclər sevdikləri qızları intim səhnələrini yaymaqları ilə hədələyərək pul tələb edməkdə ittiham edilirlər. Onlar cəzalarının azaldılmasını istəyirlər.Belə ki, iki gənc sevdikləri qızlara qarşı iyrənc plan qursalar da sonda həyatlarının bir neçə ilini dəmir barmaqlıqlar arxasında keçirməli olublar. Gənclər yetkinlik yaşına çatmayan qıza qarşı zor tətbiq edərək onun videogörüntüsünü çəkiblər. Daha sonra isə onu şantaj edərək pul tələb ediblər. Şəki Ağır Cinayətlər Məhkəməsində 1995-ci il təvəllüdlü Leysan Qocayev və 1996-cı il təvəllüdlü Orxan Əlizadənin Cinayət işi üzrə məhkəmə iclası keçirilib. Leysan Qocayev Cinayət Məcəlləsinin (CM) 150.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri törətmək), 150.2.3 (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) və 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirli bilinib. O, CM-nin 150.2.1-ci maddəsi ilə bəraət alıb, digər maddələrlə isə 6 il müddətinə azadlıqdan məhrum edilib. Orxan Əlizadə isə yalnız CM-nin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib. O.Əlizadə CM-nin 150.2.1 və 150.2.3-cü maddələri ilə bəraət alıb. İttihamda yazılır ki, Leysan Qocayev sevdiyi, yetkinlik yaşına çatmayan Axundova Afaq Akif qızının başqa oğlanlarla görüşməsini əsas gətirib, ondan qisas almağı planlaşdırıb. Bu məqsədlə L.Qocayev sevdiyi qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Dostu Orxan Əlizadə ilə isə qabaqcadan əlbir olaraq A.Axundova barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə pul tələb edib. Belə ki, L.Qocayev sevdiyi qıza zəng edərək onu anası ilə tanış etmək adı altında özünün yaşadığı Mingəçevir şəhərindəki evə dəvət edib. Həmin evə dostu Orxan da sevdiyi qızla gəlib. İttihamda yazılır ki, L.Qocayev Orxan Əlizadəni və sevgilisini valideynlərinin yataq otağında yerləşdirib və Afaqın gəlişini gözləyib. Afaq evə daxil olarkən Leysan dostu Orxanı və onun sevgilisini otağa çağıraraq Afaqın ona xəyanət etdiyini deyib və bunu sübut edəcəyini söyləyib. Orxan isə həmin zaman öz sevdiyi qızın da ona xəyanət etdiyini deyib. Bu zaman Orxan da Leysan da sevdikləri qızlara bir sillə vurublar. Daha sonra Leysan Afaqı özünün yataq otağına aparıb və sonuncudan onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağı tələb edib, Afaq bundan imtina etdiyi üçün onu döyüb. Daha sonra ona qarşı seksual xarakterli hərəkətlər edib. Bu zaman Orxan digər otaqdan gələrək bunu telefonla çəkməyə başlayıb. Cəmi bir neçə saat sonra Orxan Afaqa zəng edərək onun barəsində həmin rüsvayedici görüntüləri Leysanla birlikdə yayacaqları ilə hədələyib. Həmin videogörüntülərin məhv edilməsi qarşılığında ondan hədə-qorxu ilə əvvəlcə 300 manat, sonrakı günlərdə isə 500 manat tələb edib. Lakin Afaq bu qədər pulu tapa bilməyəcəyini deyib. Afaqa bu pulu tapması üçün bir neçə gün vaxt veriblər. Bu hadisədən Afaqın ailəsi xəbər tutub və hüquq mühafizə orqanlarına məlumat verilib. Bir neçə gün sonra isə Afaq Leysan və Orxana zəng edərək onların təklifi ilə razılşdığını, görüşmək istədiyini deyib. Bu zaman Afaq onlara 200 manat təklif edib. Lakin Orxan və Leysan bu məbləğin az olduğunu deyərək, götürməyiblər. Həmin zaman Мingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatla hər iki şəxs həbs edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündən dövlət ittihamçısı Fuad Musayev və zərərçəkmiş tərəf narazı qalıb. Dövlət ittihamçısı apellyasiya protesti, zərərçəkmiş tərəf isə apellyasiya şikayəti ilə Şəki Apellyasiya Məhkəməsinə müraciət ediblər. Onlar təqsirləndirilən şəxslərin cəzasının artırılmasını istəyiblər. Şəki Apellyasiya Məhkəməsi dövlət ittihamçısının protestini təmin edib və hər iki şəxsin cəzası ağırlaşıdırlıb. Leysan Qocayevlə bağlı hökmdə CM-nin 150.2.1 və 150.2.3-cü maddələri ilə bəraət verilməsinə dair hissələri ləğv edilib. L.Qocayev bu maddələrlə təqsirli bilinib qəti olaraq 8 il azadlıqdan məhrum edilib. Orxan Əlizadə isə CM-nin 150.2.1, 150.2.3 və 182.2.1-ci maddələri ilə təqsirli bilinib 7 il müddətə azadlıqdan məhrum edilib.BAKU.WS
Oxşar xəbərlər
Bakıda qadını zorlayan avtobus sürücüləri azadlığa çıxmaq istəyirlər - TƏFƏRRÜAT
Bakıda qadını zorlayan avtobus sürücüləri Ali Məhkəməyə kassasiya şikayəti veriblər.BAKU.WS aznews.az-ın məlumatına görə, cinayət məcəlləsinin zorlama maddəsi i...