Samuxda həmkəndlisini qətlə yetirən şəxs saxlanıldı

01
mar
2021
21:16
Samux rayonunda Məmmədov Elşən Rövşən oğlunu bıçaqla qətlə yetirən şəxs saxlanılıb.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, 1983-cü il təvəllüdlü Samux rayon Sərkar kənd sakini, əvəllər məhkum olunan Həsənov Vüqar Adil oğlu şübhəli şəxs qismində tutulub.
İlkin məlumata görə, mübahisə zamanı Vüqar Həsənov Sərkar kəndində Elşən Məmmədovu ürək nahiyəsindən bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi açılıb.
Oxşar xəbərlər
Azərbaycanda dəhşətli cinayət - Cinsi əlaqədə olduğu sələmçi qadını qətlə yetirdi - VİDEO
2018-ci il sentaybrın 13-də Sumqayıt ŞPİ, 2-ci polis bölməsi və şəhər prokurorluğunun əməkdaşları H.Zeynalabdın qəsəbəsi, S.Vurğun küçəsi, 1 ünvanında yerləşən...
