Qarabağa erməni könüllüləri daşıyan avtobus PUA ilə məhv edildi - FOTO

29
sen
2020
11:13
Azərbaycan Ermənistanda könüllüləri daşıyan avtobusu vurub.
BAKU.WS xəbər verir ki, Vardenisdə (Ermənistanın Qeqarkunsk əyaləti) hərəkət edən avtobus pilotsuz uçan aparatla vurulub. PUA ilə vurulan nəqliyyat vasitəsi yanmağa başlayıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəsmisi Artsun Ovanisyan bildirib.
Bəzi məlumatlara görə, avtobusda 60-a yaxın könüllü olub.
Xatırladaq ki, 2016-cı ildə Azərbaycan Ordusunun tarix yazdığı 2016-cı ilin aprel savaşları zamanı da cəbhəyə könüllüləri daşıyan avtobus kamikadze dron ilə vurulmuşdu.


Oxşar xəbərlər
Qarabağda şiddətli döyüşlər və ermənilərin böyük itkiləri (VİDEO)
Ermənistan silahlı qüvvələri 2016-cı ilin yalnız 2-5 aprel tarixlərində aparılan döyüşlərdə böyük itkilərə məruz qalıb. BAKU.WS xəbər verir ki, 320-dən artıq h...
